İstanbulda “Santa Klaus” geyimli terrorçular 39 nəfəri güllələyib

1-01-2017, 09:56   
İstanbulda “Santa Klaus” geyimli terrorçular 39 nəfəri güllələyib


Bu gecə İstanbulun Ortaköy adlanan hissəsində əyləncə mərkəzinə təşkil edilmiş hücum zamanı ölənlərin sayı 39 nəfrə çatıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölən şəxslərdən 16-sı əcnəbi ölkə vətəndaşıdır. 69 nəfər isə xəstəxanalarda müalicə olunur. Onlardan 4-nün vəziyyəti kritikdir.
turkiye-terrorTürkiyənin daxili işlər naziri Süleyman Soylu ölənlərin sayının 39-a çatmasını təsdiqləyib. Jurnalistlərə açıqlama verən nazir deyib ki, dünyada məşhur olan gecə klubuna təşkil edilmiş silahlı basqın terror aktıdır və xarici ölkə vətəndaşlarının öldürülməsi də bunu göstərir.
Bildirilir ki, “Santa Klaus” paltarında əyləncə mərkəzinə soxulan 3 silahlını zərərsizləşdirməyə çalışan polis əməkdaşı da olay yerində şəhid olub.
Hazırda bütün İstanbul ərazisində terrorçuların axtarışı həyata keçirilir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.