İstanbuldakı "Reina" gecə klubunda Yeni il gecəsi terakt həyata keçirən şəxs barədə daha bir video yayımlanıb.
Axar.az xəbər verir ki, əldə edilən yeni videoda hücumda şübhəli bilinən şəxsin Türkiyəyə girişi əks olunub.
Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs gecə klubuna daxil olaraq atəş açıb. Nəticədə 39 nəfər ölüb, 69 nəfər yaralanıb. Ölənlər arasında 16 əcnəbi olub.[media=https://www.youtube.com/watch?v=fgx0RhOq-qk]