Bu gün yanvarın 7-də Ermənistanın Azərbaycanla sərhəd Qexarkunik vilayətində atışma baş verib.
virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, silahların tətbiq olunduğu insident zamanı vilayətin vitse-qubernatoru Andranik Akobyanın oğlu Ayk Akobyan öldürülüb. Ona atəş açan şəxsin kimliyi, silahlı insidentin digər iştirakçıları haqda məlumat verilmir. Qubernatorun 28 yaşlı oğlu xəstəxanaya çatdırılanda artıq ölübmüş.
Polis məlumatı təsdiqləyib, lakin digər detallar haqda məlumat verməkdən imtina edib.
Virtualaz.org