Azərbaycanlı “qanuni oğru” 7 il azadlıqdan məhrum edildi albert Azərbaycanlı “qanuni oğru” Əli Heydərov (kriminal aləmdə “Albert Rıjiy, Albert Piterskiy və ya Albert Gəncinskiy kimi tanınır-red) 7 il müddətinə azadlıqdan məhrum edilib. Criminal.az saytı “primecrime”-yə istinadən xəbər verir ki, 35 yaşlı azərbaycanlı kriminal avtoritet Əli Heydərov Sankt-Peterbuq şəhər Frunze rayon məhkəməsinin qərarı ilə 7 ilə azadlıqdan məhrum edilib.
Ə.Heydərov qanunsuz olaraq dövlət sərhəddini keçməyə, saxta sənəddən istifadəyə, “razborka” və “razboy”larda günahkar bilinib. Əli Heydərov 2012-ci ildə Snkt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən “qanuni oğru” titulunu alıb. 2014-ci ilin iyulunda Sankt-Peterburqda həbs olunmamışdan bir ay öncə Türkiyənin Ədirnə şəhərində rəqibləri ilə atışmadan özünü güclə xilas edib və ölümdən dönüb. Onun hazırda kriminal aləmdəki ən böyük rəqibi “Lotu Quli” hesab olunur.
[media=https://www.youtube.com/watch?v=yH_lWPv2IL4]
Criminal.az