Bakıda yaşayış binasına yazılan sözlər sakinləri qorxuya salıb - FOTO

13-01-2017, 17:15   
Bakıda yaşayış binasına yazılan sözlər sakinləri qorxuya salıb - FOTO

akıda yaşayış binasına sakinləri qorxuya salacaq sözlər yazılıb. Criminal.az saytının məlumatına görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ''Uğur-2'' kompleksində binalardan birinin pilləkəninə yazılmış söz böyük marağa səbəb olub. Naməlum şəxslər tərəfindən divara boya ilə ''Şeytanın əsgərləriyik. Gəl dedin gəldik. Mən hər şeyi görürəm'' sözləri yazılıb.

Sakinlər ehtimal edir ki, həmin şəxslər planlaşdırdıqları hansısa pis əməlin mesajını verirlər.

Məsələ ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi məlumatlandırılıb. Kompleksin nəzarət kameralarına baxış keçirilib. Divara müəmmalı sözlər yazan şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb.

Criminal.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.