Rusiya xüsusi xidmət orqanlarının əlində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı komromat videomateriallar var. Bu haqda SNN rəsmi strukturlardakı özəl mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Donald Tramp ABŞ kəşfiyyatının nümayəndələri ilə görüşdüyü vaxt, onun özünə də bu barədə məlumat verilib.
Məlumata görə, Rusiyanın kəşfiyyat orqanları Trampa qarşı həm onun şəxsi həyatı, həm də biznes fəaliyyəti ilə bağlı kompromatlara malikdirlər.
Bu arada Trampın 2013-cü ildə Moskvada olduğu vaxt qadınların əhatəsində əyləndiyini əks etdirən fotoşəkillər mətbuata sızıb.
Bu məlumatların Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsinin araşdırılması çərçivəsində ortaya çıxdığı qeyd edilir.
Bildirilir ki, bu məlumatların bir hissəsini Britaniya kəşfiyyatının keçmiş əməkdaşı Kristofer Stil əldə edib. Kristofer Stil Rusiyanın cəsus şəbəkəsi ilə bağlı mütəxəssis sayılır. O, Litvinenkonun İngiltərədəki qalmaqallı qətlinin araşdırılmasında da iştirak edib.
Türkiyə mətbuatının məlumatına görə, Trampa qarşı kompromatlar mətbuata sızdıqdan sonra Kristofer Smit ortalıqdan yoxa çıxıb. Fox TV İngiltərə mətbuatına istinadən xəbər verir ki, Britaniya kəşfiyyatı Kristofer Smiti Rusiyadan qorumaq üçün, onu öz mühafizəsi altına alıb.
Mustafa Hacıbəyli
Bastainfo.com