Generalın evindən çıxan xəzinə

16-01-2017, 09:53   

Ləğv edilmiş MTN-nin həbsdə olan generalı Sübahir Qurbanovun Bakının Əhməd Cavad, Səməd Vurğun, Üzeyir Hacıbəyov küçələrində və Novxanı qəsəbəsində bağ evində axtarışlar zamanı çoxlu sikkələr, bahalı qələmlər, xüsusi hazırlanmış şahmat və digər qiymətlə əşyalar aşkarlanıb.

General S.Qurbanovun Əhməd Cavad küçəsindəki evindən üzərində Avstriya İmperatoru Frans İosifin rəsmi əks olunmuş kulon, oval formalı 1 ədəd qədim sikkə, mirvari qaşlı sırğa, ağ və qəhvəyi rəngli 6 ədəd mirvari qaşla bəzədilən üzük, üzərində “Geneva” sözü yazılmış qolbaq saat tapılıb. Bu barədə xəbəri “Qafqazinfo” yayıb.

Onun S.Vurğun küçəsindəki evinndən isə xeyli sikkə aşkar edilib. Belə ki, həmin mənzildən “Zeyvə” xalçası, üzərində Heydər Əliyevin təsviri olan döş nişanı, üzərində “Naxçıvan Muxtar Respublikası, 1924-2009, 85 il, Azərbaycan Respublikası, 5 manat” yazıları olan gümüşü rəngli 10 ədəd sikkə, üzərində “Azərbaycan Respublikası, əlli manat, 1996, Məhəmməd Füzuli, 500 il” yazıları olan gümüşü rəngli 11 ədəd sikkə, xarici ölkələrdə istehsal olunan 100-300 dollar dəyərində qələmlər, üzərində 90 il, “Heydər Əlirza oğlu Əliyev” yazısı olan sarı metaldan 1 ədəd sikkə, üzərində qılınc və aypara təsviri olan 2 ədəd sarı və gümüşü metaldan hərbi aypara, “Longines” markalı qol saatı, “Frederigue Constanat” markalı, qəhvəyi rəngli kəməri olan 1 ədəd qol saatı, “Dupont” markalı üzərində ağ rəngli qaşları olan 1 ədəd gümüşü metaldan qələm, “Swarovski” daşından düzəldilmiş 32 ədəd şahmat fiqurları, 1 ədəd “Canon” markalı İXUS 75 modelli fotoaparat, üzərində ayı şəkli həkk olunmuş sarı-gümüşü rəngli 1 ədəd xəncər, üzərində “İCE Special Agent” yazısı olan gümüşü rəngli metaldan 1 ədəd nişan aşkar edilərək götürülüb.


Sübahir Qurbanovun bağ evindən isə üzərində “Heydər Əliyev” yazılmış 3d formatlı 1 ədəd portret, sarı metaldan olan 1 ədəd xəncər, 1 ədəd “Visconti” markalı qələm, üzərində “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi” sözləri yazılmış 1 ədəd hədiyyə kompoziyası, 1 ədəd “maurice lacrtix” markalı qol saatı, 1 ədəd “İst dupont” markalı qələm, 4 ədəd disk, 2 ədəd audio kasset, 1 ədəd “FU HUANG” markalı qol saatı, kamotun siyirməsində olan 1 ədəd “CHOPARD” markalı stolüstü saat, DVR markalı videogörüntü əks etdirən kamera nəzarətinə aid aparat, nağd pullar və sənədlər aşkar edilərək götürülüb.

Generalın bağ evindən isə çoxlu sayda sikkələr, qolbaqlar, boyunbağı, kulonlar, sırğa, 11 üzük, video kaset və əlyazmalar olan kitabça götürülüb.

Əhməd Cavad küçəsindəki digər evindən isə 3-5 min dollar dəyərində üzərində “MARCO BİCEGO” sözləri yazılan 1 cüt sırğa, üzüklər, qolbaqlar, qələmlər, üzərində çoxlu sayda “RC” yazılan qutunun içərisində komplekt (1 cüt sırğa və 1 ədəd boyunbağı), üzərində “Leo Pizzo” sözləri yazılan qutunun içərisində 1 ədəd qaşlı üzük, 1 ədəd boyunbağı, 1 cüt sırğa, üzərində “Valcambi suisse” sözləri yazılan sarı metaldan dairəvi 1 ədəd sikkə, göy rəngli qutunun içərisində sarı metaldan dairəvi formada 2 ədəd 10-luq, 7 ədəd 5-lik sikkələr, üzərində “AUSTRALİAN KANGAROO” sözləri yazılan 1 ədəd sikkə, üzərində “Azərbaycan Respublikası 100 manat” sözləri yazılan 1 ədəd sikkə, şüşə materialdan olan qutunun içərisində üzərində “ELİZABETH II AUSTRALİA” sözləri yazılan 3 ədəd dairəvi sikkələr və nağd pullar aşkar edilərək götürülüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar