Rəfael Cəbrayılovla Eldar Mahmudovun biznes sirləri

17-01-2017, 11:08   
Rəfael Cəbrayılovla Eldar Mahmudovun biznes sirləri

Deputatı sabiq MTN şeyi ilə hansı tellər bağlayır?

Binəqədinin keçmiş deputatı Eldar Mahmudovun dəstəyi ilə Binəqədi rayonunda böyük tikinti layihələri həyata keçirsə də, hazırda bors içindədir.

Eldar Mahmudov MTN rəhbəri olduğu zaman çox insanların kitabını bağlasa da, dəstək olduğu, əslində həm də, tam nəzarəti altında çalışdırdığı və dəstək verdiyi çoxlu sayda şəxslərdə olub. Onlardan biri də 2010-2015- ci illərdə 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilən, son parlament seçkilərində isə 46 saylı Şirvan şəhər Seçki Dairəsinin seçictlərini Milli Məclisdə təmsil edən Rəfael Cəbrayılovdur.

Xatırladaq ki, Eldar Mahmudovun ulduzunun sönməsindən və “MTN çetesi”nin ifşasından sonra ölkə mətbuatında Rəfael Cəbrayılovun adı bir çox qalmaqallarda hallanıb. Deputatın adının hallandığı ən böyük qalmaqallardan biri isə “Lombard”da çalışan bir xanıma külli miqdarda borclu olması və bu borcu ödəmək istəməmsi ilə bağlı olub. Həmin qalmaqal sonradan yatırılsa da, BakiXeber.az-saytına daxil olan məlumata görə borc hələ də tam olaraq qapadılmayıb.

Lakin Rəfael Cəbrayılovun borcu təkcə “Lombard” işi bitmir. BakiXeber.az saytına daxil olan məlumata görə deputata Eldar Mahmudovdan miras qalan milyonlarla dollar həcmində borcları var. Və bu borcların böyük hissəsi bəzi banklara aiddir. Bu barədə saytımızı məlumatlandıran mənbə bildirir ki, hər şey Rəfael Cəbrayılovun müəmmalı şəkildə deputat mandatı qazanmasından sonra başlayıb. Məhz deputat seçildikdən sonra Rəfael Cəbrayılov Binəqədi rayonunda tikinti maqnatı kimi çıxış etməyə başlayıb. Eldar Mahmudovla əlaqələri olan deputatın Binəqədi rayonunda “qılıncının dalı da qabağı da kəsib” və deputat Binəqədi rayonunda tikinti sektorunun demək olar ki, şəriksiz lideri olub. Amma onun Binəqədidən deputat seçilməsi və bu rayonda tikinti sektorunu ələ keçirməsi heç də təsadüfi olmayıb.

Mənbənin sözlərinə görə Rəfael Cəbrayılov bu dəstəyi məhz “MTN çetesi”dən ala bilib. Eldar Mahmudovun razılığı və dəstəyi ilə Rəfael Cəbrayıllov istənilən bankdan milyonlarla dollar kredit götürməyə nail olub. Sözsüz ki, bu kreditlər götürülən zaman müxtəlif formalarda Eldar Mahmudovun da payı ayrıca nəzərə alınıb. Bununla yanaşı Rəfael Cəbrayılov məhz himayədarlarının dəstəyi ilə Binəqədi rayonun ən müxtəlif yerlərində torpaq sahələri əldə edə bilib və bunun üçün başqaları kimi heç də milyonlar xərcləməyib. Sadəcə olaraq lazımi zənglər məsələni həll edib. Bununla yanaşı Rəfael Cəbrayılov bina tikintisində lazim olan tikinti materiallarını da məhz Akif Çovdarovun nəzarətində olan şirkətlərdən alıb.

“MTN çetesi”nin ifşasından sonra isə Rəfael Cəbrayılovun banklara və bəzi şəxslərə milyonlara dollar həcmində borcu qalıb. Borcun yaranmasına əsas səbəb isə Rəfael Cəbrayılovun aldığı bütün kreditlərin, həmçinin də satılan binalardan əldə olunan gəlirlərin müəyyən bir qismini Eldar Mahmudova və Akif Çovdarova verməsi olub. Daha doğrusu alınan kreditlər Rəfael Cəbrayılovun aından alınsa da və aparılan tikintilər Eldar Mahmudova və Akif Çovdarova məxsus olub. Bu üzdən də hazırda Rəfael Cəbrayılovun vəziyyəti həddindən artıq kritikdir.

Mənbə bildirir ki, Rəfael Cəbrayılovun son illər ərzində hansı bankdan nə qədər kredit aldığı, hansı əraziləri qanunsuz əldə etdiyi ilə bağlı bilgilər yaxın zamanlarda mətbuatın diqqətinə çatdırılacaq. Mənbə onu da qeyd edib ki, hazırda Rəfael Cəbrayılovun vəziyyətdən çıxmaq üçün ümid etdiyi tək güc Milli Məclisin sədri Oqtay Əsədovdur.

Yazıda səsləndirilən iddialarla bağlı deputat Rəfael Cəbrayılovun mövqeyini dərc etməyə hazırıq.

Mənbə: BakiXeber.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar