"Reina" qatili necə yaxalandı?

17-01-2017, 11:39   

2017-ci ilin ilk günü gecə Türkiyədə, İstanbuldakı gecə klubunda 39 nəfəri güllələyib öldürən, 100 nəfəri yaralayan qatilin tutulmasına dair təfərrüatlar yayılıb.

Musavat.com Türkiyədə çıxan "Hurriyet" qəzetinin saytına istinadla xəbər verir ki, özbək əsilli Abdülgadir Maşaripov İstanbulun Esenyurt səmtində lüks bir yaşayış massivində sağ olaraq ələ keçirilib. Onunla birlikdə 1 qırğız əslli kişi və 3 qadın yaxalanıb.
Terrorçu tutulduğu zaman 4 yaşlı oğlu da yanında olub.


Bildirilir ki, əməliyyat ciddi məxfiliklə həyata keçirilib. Terrorla mübarizə şöbəsinin polisləri və kəşfiyyat qrupları terrorçunun gizləndiyi yeri müəyyən edincə hərəkət əmri verilib və dünən saat 23 radələrində terrorçu yanındakılarla birlikdəələ keçirilib.

İŞİD üzvü olan terrorçu "Reina" klubunda törətdiyi qırğından sonra Zeytinburnunda ailəsiylə qaldığı evə gedərək 4 yaşlı oğlunu götürmüş və izini itirmişdi. Polislər onu tapmaq üçün İstabulda və İzmirdə çoxsaylı əməliyyatlar keçiriblər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.