Türkiyə polisi “Reina” teraktının təşkilində rol oynayan başqa bir terrorçunun adını tapıb. Axar.az xəbər verir ki, polisin “teraktda xüsusi əhəmiyyətli şəxs” elan etdiyi terrorçunun adının Əbdülmalik Kade olduğu bildirilir.
Onun “Reina”nı qana boyayan Əbdülqadir Maşaripovla əlaqəsinin olduğu və Suriya-Türkiyə arasında terrorçuların vasitəçisi kimi fəaliyyət göstərdiyi üzə çıxıb. Məlumata görə, Maşaripov və Əbdülmalik Kade bir müddət Konyada birlikdə yaşayıblar. Polis Maşaripovun “Reina”ya hücumdan əvvəl Kade ilə telefon əlaqəsi yaratdığını aşkarlayıb.
Criminal.az