Ramiz Quliyevin psixikasında yaranmış problemlərlə əlaqədar 2010-cu ildə daxili işlər orqanlarından xaric olunub
Daxili İşlər Nazirliyi (DİN) keçmiş polis əməkdaşının özünü binadan ataraq intihar etməsi barədə məlumatlara münasibət bildirib. Criminal.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə apa-ya açıqlamasında bildirib ki, Ramiz Quliyev vaxtı ilə polis orqanlarında çalışıb:
“Lakin o, Nizami rayon Polis İdarəsində deyil, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində rəis müavini vəzifəsində çalışıb. O, hələ xidmət etdiyi müddətdə sağlamlığında, daha doğrusu psixikasında yaranmış problemlərlə əlaqədar 2010-cu ildə daxili işlər orqanlarından xaric olunub. Yeddi il əvvəl polis orqanlarında xidmətdən xaric olunmuş bir şəxsi polis əməkdaşı kimi təqdim etmək düzgün yanaşma deyil”.
Criminal.az[media=https://www.youtube.com/watch?v=BPFNWe3_IWQ]