Övladının ac qalmasına dözməyən ata daxili orqanını satmaq qərarına gəlib. Siyəzən rayon sakini Mahir İsmayılov Criminal.az saytına açıqlamasında bildirdi ki, azyaşlı oğlunu oğlunun ehtiyaclarını ödəyə bilmədiyindən çıxış yolunu böyrəyini satmaqda görür.
''Kimsə məni nə qınasın, nə də ələ salsın. Mən heç harda işləmədiyim üçün daha doğrusu iş yeri tapa bilmədiyim üçün maddi vəziyyətim çox çətindir. Bir övladım var və onu saxlamaqa imkanım yoxdur. İşsizəm. Ona görə də könüllü olaraq böyrəyimin birini təcili satıram''-deyə M.İsmayılov bildirdi.
Onun sözlərinə görə, təcrübəli sürücüdür, lakin dəfələrlə Məşğulluq İdarəsinə müraciət etsə də, nəticəsiz qalıb: ''Ailəmdən ayrılmışam. Uşağıma aliment verməliyəm. Bir neçə dəfə Məşğulluq İdarıəsinə müraciət etmişəm. 3-4 dəfə işsizliklə bağlı müavinət almışam. Dəfələrlə icra hakimiyyətinə müraciət etmiə. Mənə ancaq süpürgəçilik təklif olunub. Mənə sürücü, mühafizəçi kiləri olsaydı ayda 200-300 manat maaşla uşağımı dolandırardım. 5 yaşlı uşağı acından öldürəsi deyiləm ki...''.
M.İsmayılov ailəsinin hazırda atasının pensiyası ilə dolandığını deyir. Lakin atası xərçəng xəstəsi olduğundan sabah həmin pensiyanın da kəsiləcəyindən qorxur.
Məsələ ilə bağlı Siyəzən rayon İcra hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamaq istəsək də, telefonlara cavab verən olmadı.
Criminal.az