Ata 13 yaşlı qızını buyurub, istəyini yerinə yetirməyəndə isə... - Qubadakı qətlin təfərrüatları

31-01-2017, 17:10   


Bu gün Quba rayonunun Alpan kəndində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Lent.az xəbər verir ki, kənd sakini Əşrəf Süleymanovun 13 yaşlı qızı Səfurəni ailə münaqişəsi zəminində bıçaqladığı məlum olub.

Bildirilir ki, Ə.Süleymanov ruhi-əsəb xəstəsidir. Bir neçə il əvvəl həyat yoldaşı onu tərk edib və kiçik övladı ilə qonşu kəndə-atası evinə gedib. Ə.Süleymanov isə qızı Səfurə ilə bir otaqlı evdə yaşamağa davam edib. Bu gün Ə.Süleymanov qızını məişət işi ilə bağlı buyurub. Daha sonra qızının onun istəyini yerinə yetirmədiyini görən kişi bıçaqla ona hücum edib və kəsici alətlə onun ürəyinə zərbə endirərək öldürüb.

İlkin araşdırma zamanı Ə.Süleymanovun yeniyetmə qızını öz bacısının azyaşlı uşağının gözü önündə öldürdüyü məlum olub.

Atası tərəfindən öldürülən qız orta məktəbin 8-ci sinif şagirdi olub.

Araşdırmalar davam etdirilir.

Bakı Post
0
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.