Biləsuvarda qardaş qardaşını niyə öldürdü? - Təfərrüat VIDEO

1-02-2017, 17:10   


Biləsuvarda silahlı insident baş verib.

ARB TV xəbər verir ki, hadisə rayonun Əmənkənd kəndində qeydə alınıb.

Kənd sakini Asim Əliyev şəxsi münasibətlər zəminində həmkəndlisi Şahin Əliyevlə mübahisə edib. Onları sakitləşdirmək üçün Asif Əliyevin qardaşı Adil də hadisə yerinə gəlib. Bununla belə mübahisə daha gərginləşib və Asif Əliyev Toz 8 markalı tüfəngdən atəş açıb. Güllələrdən biri qardaşı Adilə, digəri isə həmkəndlisi Şahin Əliyevə dəyib.

Nəticədə Adil Əliyev dünyasını dəyişib. Şahin Əliyevi isə yaralı halda xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti orta ağırdır. Hadisəni törədən Asim Əliyev saxlanılıb. Faktla bağlı Biləsuvar rayon prokrorluğunda cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

[media=https://www.youtube.com/watch?v=1ZfS04vs31g]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.