Azərbaycan daha bir iri beynəlxalq idman tədbirinə ev sahibliyi etməyə hazırlaşır. Kişi İdman Gimnastikası üzrə 34-cü Avropa Çempionatı Bakıda təşkil olunacaq.
Bu qərar Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin Lozannada keçirilən toplantısında qəbul edilib.
Xəbəri Azərbaycan Gimnastika Federasiyası yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan 2020-ci ildə idman gimnastikası üzrə Avropa Çempionatının Bakıda keçirilməsi üçün namzidəliyini irəli sürüb. İcraiyyə Komitəsi bu təşəbbüsün dəstəklənməsinə qərar verirb.
Qərara əsasən, çempionat 2020-ci ilin 6-10 may tarixlərində Bakıda keçiriləcək.
Qadın İdman Gimnastikası üzrə 33-cü Avropa Çempionatının təşkili isə Parisə (Fransa) həvalə olunub.
Azərbaycan Gimnastika Federasiyası növbəti Olimpiadaya (Tokyo 2020) qədər gimnastikanın 3 növü – idman, batut və bədii gimnastika üzrə Dünya Kuboku mərhələlərini, bədii gimnastika üzrə Dünya Çempionatını təşkil etməyi də üzərinə götürüb.