Əziz Əzizovun Cəlilabad gestaposundan faktlar: tiryək, silah, təhdid və … – VİDEOLAR

7-02-2017, 10:13   
Əziz Əzizovun Cəlilabad gestaposundan faktlar: tiryək, silah, təhdid və … – VİDEOLAR

Cəlilabad rayon icra başçısı Əziz Əzizov və onun komandasının vətəndaşlara münasibəti haqda mediada dəfələrlə tənqidi yazılar dərc olunub. Bu dəfə isə cumhuriyyet.az olaraq sizə təqdim etdiyimiz şikayətlərdə Cəlilabad rayonundakı məmur özbaşınalığı videokadrlarda dilə gətirilir.
Cəlilabad-abadlığın sonu, bərbadlıq nümunəsi
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir.İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir.
İcra başçısı vətəndaşı tiryəklə təhdid edir?!
Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşının və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Bununla bağlı cumhuriyyet.az olaraq sosial şəbəkədən əldə etdiyimiz videokadrlarda dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə “tiryək” atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?

Üş aylıq körpəyə qarşı vandalizm və icra hakimiyyətində hədələnən ata
Cəlilabad Rayon sakini Poladov Rafət uşağının başına gələn müsübət isə daha dəhşətlidir. Onun övladı Poladova Zəhra həkim səhlənkarlığının qurbanı olub. Üc aylığında olanda körpəyə həkim Nəzərova Nərminə tərəfindən peyvənd vurulub. Hadisə ilə bağlı cumhuriyyet.az olaraq aşağıda təqdim etdiyimiz videosüjetdə valideyin qeyd edir ki, uşaq bir saat sonra iflic vəziyyətə düşdü: “Dəfələrlə qurumlara müraciət etsəmdə şikayyətimə baxan olmadı. Səhiyyə Nazirliyində də olanda ordan bura atdılar. Cəlilabad Rayon Prokurorluğuna müraciət etsəm də işimə baxılmadı . Mən atayam istəyim övladımın sağlığına qovuşmasıdır . Bu işdə günahkar olan həkim cəzasına çatsın. Övladımı bu vəziyyətə salan həkim deyir get hara deyirsən de mənim arxamda Əmlak Komitəsinin sədri Kərəm Həsənov durur.
Carəsiz qalmışam bu şikayyətləri etdiyimə görə Cəlilabad İcra Başçısı gecə evimdən məni aparıb hədələdi və dedi ki, Qeyd edir ki, birdə şikayyət etsən rayonun adını halandırsan səni icəri atdıracam”.

İcra başçısı vətəndaşın torpağını əlindən alıb: “Buranın ağası mənəm”
Cəlilabaddakı gerçək mənzərə o qədər acınacaqlıdır ki, şikayətçilərin sayı-hesabı yoxdu. İnsanlara hakim kəsilən İcra Başçısı və Komitə sədri rayonu tam öz hakimiyyətləri altına alıb. Rayonda günü- gündən şikayətçilərin sayının artması əhalinin sosial vəziyyətinin pis olması bir yana həmdə onlara məxsus əmlakları əllərindən alınır insanlar şərlənir döyülür təhqir olunur. Onlar artıq yerli məmurlardan da silah kimi özləri üçün istifadə etməyə çalışırlar.Polislərin gücündən öz xəyanətkar niyyətlərinə istifadə edirlər. Cumhuriyyet.az olaraq təqdim etdiyimiz videokadrda şikayyətçi Hüseyinov Aydın İman oğlu qeyd edir ki, bu topağı vaxtı ilə mərhum Prezidentimiz Heydər Əliyev verib indi onun orderini də, hecə sayan Əziz Əzizov Prezident kimdir buranın ağası mənəm deyərək kənd sakinlərinə zülüm verir.

Sosial şəbəkədə yayımlanan digər bir videokadrda isə rayon sakininə qarşı daha bir təxribatdan söz açılır. Vətəndaşın iddiasına görə bu təxribat rayon rəhbərliyi tərəfindən həyata keçirilib. Yararsız avtomobilə silah qoyulmasını əks etdirən həmin kadrları da cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:

P.S. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar