Bakıda yeni dələduzluq üsulu ortaya çıxıb. , sosial şəbəkələrdə yayılan bir videoda adamın özünü avtomobilin qarşısına atdığı əks olunur. Kameraya düşən şəxs əlini avtomobilinizə çırpıb yerə yıxılır ki, guya onu vurdunuz. Şəhərin müxtəlif yerlərində dayanan şəxs hazırda Alatavadan Şamaxinkaya çıxan yolda “növbə çəkir”. Amma bu dəfə işi alınmayıb.Avtomobil piyadanın yanından asta-asta ötüb keçir, sonradan sürücü arxa tərəfdən tappıltı səsi eşidir. Güzgüdən baxan sürücü arxada bir nəfərin yerə yıxıldığını müşahidə edir. Sürücü nəqliyyat vasitəsini kənara verib dayanır, düşən kimi artıq ətrafdakı adamlardan bir neçəsi sürücüyə xəbər verirlər ki, bu adam həmişə bu işlə məşğul olur - əlini avtomobilin arxa tərəfinə vurub özünü yerə yıxır. Sürücü artıq çıxıb yolun kənarında oturan bu adama yaxınlaşıb və ona xəbərdarlıq edib ki, onu videokameraya çəkib internetdə yayacaq, piyada dərhal yazıq görkəm alıb: “Mən nə deyirəm ki?.. Ayağım sürüşdü, yıxılanda əlim avtomobilinə dəydi”. Amma başqa hallarda bir çox sürücüləri bu yolla bəlaya salır. Qeyd edək ki, dələduzluqla məşğul olanlar iki nəfərdir. Qarşıdan gələn adamın son anda avtomobili vurmaq üçün əlini cibindən çıxarması da kameraya düşüb.
baku.ws