Dünyada tanınan azərbaycanlı "qanuni oğrular"

8-02-2017, 08:47   







Ötən gün Azərbaycan və ümumlikdə MDB məkanın ən nüfuzlu azərbaycanlı qanuni oğru sayılan Rövşən Lənkəranski İstanbulda sui-qəsdin qurbanı oldu.

Seymir Nardaranski (1963-2003), Eldar Əliyev (1965-2004), Sabiradablı Hikmət (1956-2006), Çingiz Sedoy (1954-2007), Qoca Bakinski (1972-2013) və Dadaş Novxaninskidən (1973-2016) sonra öz əcəli ilə ölməyən növbəti azərbaycanlı qanuni oğru kimi tarixə düşdü.

Bu yazıda Rövşən Lənkəranskinin öldürülmə səbəbi və Azərbaycanın “oğru mafiyası”nın iç savaşından deyil, MDB məkanında ciddi gücə çevrilmiş yeni nəsil Azərbaycan qanuni oğrularından bəhs edəcəyik.

Nadir Səlifov

Lotu Quli 1972-c il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda andan olub. 1996-cı ildə Azərbaycanda həbs olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib. 2000-ci ildə gürcü və yezidi avtoritetlər tərəfindən 27 yaşlı Səlifova qanuni oğru adı verilib. Daha çox Lotu Quli adı ilə tanınan Nadir Səlifov 2005-ci ildə Bakı məhkəməsi tərəfindən daha 15 il müddətinə azadlıqdan mərhum edilib. Oğru dünyasında ən nüfuzlu azərbaycanlı avtoritetlərdən sayılan Səlifov Rafiq Masallinski, Emin Hacıqabulski və Georgi Uqlavanın “oğru tacını” əlindən alıb. Eyni zamadan həbsxanada omasına baxmayaraq, Rafət Əlibayramlinskinin “oğru” adını aldığı “sxodka”larda Skayp vasitəsilə iştirak edib.

Nadir Səlifov 2021-ci ildə azadlığa çıxacaq.


Rafiq Masallinski

1982-ci il yanvarın 21-də Masallı rayonunda anadan olub. 2013-cü il fevralın 11-də Aşqabadda keçirilən “sxodka”da qanuni oğru adını almışdı. Həmin ilin martında Azərbaycanda həbs olunduqdan sonra Nadir Səlifovun (Lotu Quli) qərarı ilə bu addan məhrum edilmişdi. Hazırda qanuni oğru adı ona geri qaytarılıb.

Hacı Beyləqanski

1982-ci il martın 29-da Beyləqan şəhərində anadan olub. 2012-ci il dekabrın 10-da Dubayda keçirilən “sxodka”da qanuni oğru adını alıb. Rövşən Lənkəranskiyə ən yaxın şəxslərdən sayılan Beyləqanski sonuncunun İstanbulda sui-qəsdə qurban getməsindən sonra Türkiyə polisi tərəfindən saxlanılıb.

Rüfət Gəncinski

1981-ci il aprelin 12-də Gəncə şəhərində anadan olub. 2012-ci il dekabrın 10-da Dubayda keçirilən “sxodka”da qanuni oğru adını alıb. Lakin 2013-cü ilin sentyabrında “Matrosskaya Tişina” müvəqqəti saxlanma təcridxanasında “oğru” Miriko Kutaisski tərəfindən bu addan məhrum edilib. 2015-ci ildə Türkiyədə keçirilən “sxodka”da bu ad ona geri qaytarılıb.

2015-ci il aprelin 1-də Moskva məhkəməsi tərəfindən 8 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Voloqda vilayətində cəza çəkir. 2021-ci ilin sentyabrında azadlığa çıxacaq.

Zaur Şipilov

1985-ci il oktyabrın 18-də Rusiyanın Orenburq şəhərində anadan olub. 2013-cü ilin iyulunda Rövşən Lənkəranski və Hacı Beyləqanski tərəfindən ona qanuni oğru adı verilib. 2015-ci il oktyabrın 7-də Moskvada həbs olunub. Moskva məhkəməsinin 2016-cı il 4 fevral tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci il oktyabrın 6-da azadlığa buraxılacaq.

Eldar Səfərov (Elektrik)

1965-ci ildə Bakıda doğulub. 1996-cı ildə qanuni oğrular Lazgiyan və Apakiyadan “oğru” adı alıb. Əsasən Nijni Novqorod şəhərində kriminal fəaliyyətlə məşğul olan Elektrik bir neçə dəfə narkotik vasitələr saxlamaq ittihamı ilə tutulub. 2003-cü ildən sonra kriminal fəaliyyəti barədə məlumat yoxdur.

Yunus Nəzər oğlu Canəhmədov (Yunus Yasamalski)

1961-ci il yanvarın 23-də Bakıda anadan olub. 1984-cü ildə vətənində qanuni oğru adını alıb. 2003-cü ildə mayında Nijni Novqorod şəhərində saxlanılıb və Azərbaycana deportasiya olunub. 2006-cı il sentyabrın 24-də Bakıda 10 qram heroinlə saxlanılıb. Sonuncu dəfə Yunus Yasamalskinin adı kriminal xronikada 2015-ci ilin iyununda hallanıb. Həmin vaxt o, Moskvada tutularaq təyyarə reysi ilə Bakıya deportasiya olunub.

Rafət Əlibayramlinski

1979-cu il martın 17-də Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulub. 2014-cü il avqustun 28-də Türkiyənin Antalya şəhərində keçirilən “sxodka”da qanuni oğru adını alıb. Hazırda azadlıqdadır.

Emin Camal oğlu Əhmədov (Emin Hacıqabulski)

1982-ci il fevralın 1-də Hacıqabulda anadan olub. 2006-cı yanvarın 29-da Moskvada saxlanılıb. 2007-ci il dekabrın 10-da məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum olunub. 2013-cü il fevralın 11-də Maqadan vilayətindəki həbsxanalardan birində qanuni oğru adını alıb. Həmin ilin mayında Lotu Quli tərəfindən bu addan məhrum edilib.

Əli Müsaib oğlu Heydərov (Albert Rıjiy)

1981-ci il fevralın 2-də Gəncədə doğulub. 2000, 2002 və 2008-ci illərdə Arxanqelskdə həbs olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Kriminal aləmdə daha çox Albert Rıjiy adı ilə tanınan Əli Heydərov 2012-ci il sentyabrın 22-də Sankt-Peterburqda gürcü və erməni avtoritetlərinin iştirakı ilə keçirilən “sxodka”da qanuni oğru adını alıb.

2014-cü il iyunun 9-da Türkiyənin Ədirnə, həmin ilin iyulunda isə Sankt-Peterburqun Veteranov prospektində saxlanılıb. Hazırda istintaq nəzarəti altındadır.

Namiq Nəriman oğlu Səlifov

1976-cı il mayın 28-də Gürcüstanın Dmanisi şəhərində anadan olub. 1996-cı ildə Azərbaycanda 27 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan buraxılıb. 2013-cü il avqustun 14-də İstanbulda keçirilən “sxodka”da qanuni oğru adını alıb.

Hazırda azadlıqdadır.

Ceyhun Gəncinski

1975-ci il dekabrın 9-da Gəncədə andan olub. 2014-cü il avqustun 28-də Antalyada keçirilən “sxodka”da Rafət Əlibayramlinski ilə birlikdə qanuni oğru titulu alıb. Lakin 2015-ci il martın 5-də Moskvada baş tutan yığıncaqda Zaxari Kalaşovun (Şako Molodoy) verdiyi “proqon” əsasında bu addan məhrum edilib.

Arif Nürəddin oğlu Mehdiyev (Arif Sumqayitski)

1961-ci il fevralın 25-də Göyçayda anadan olub. 1989-cu ildə 27 yaşında “oğru” adını alıb. 1996-cı ildə Bakıda, 2012-ci ildə Moskvada və 2013-cü ildə Ukraynada müxtəlif səbəblərə görə saxlanılıb. Hazırda azadlıqdadır.

Vaqif Mədət oğlu Süleymanov (Vaqif Diplomat)

1965-ci il avqustun 15-də Tiflisdə anadan olub. 2001-ci ildə Moskvada Seymur Nardaranski, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Mamed Masallinski və Qoca Bakinskinin iştirakı ilə keçirilən “sxodka”da “qanuni oğru” adını alıb. 2007 və 2011-ci illərdə Moskvada narkotik vasitələrin istifadəsinə görə saxlanılıb. 2013-cü ildən azadlıqdadır.

Rəşad Gəncinski

1978-ci il martın 16-da Gəncədə anadan olub. 2013-cü il fevralın 11-də Moskva vilayətində keçirilən “sxodka”da qanuni oğru adını alıb. 2010-cu il sentyabrın 17-də 1 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırda azadlıqdadır.

İlqar İbrahim oğlu Əliyev

1977-ci il yanvarın 8-də Gürcüstanın Dmanisi rayonunda anadan olub. 2012-ci il martın 16-da Yunanıstanda baş tutan “sxodka”da gürcü avtoritetləri tərəfindən qanuni oğru adını alıb. 2014-cü il aprelin 2-də Moskvanın Presnenski rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

2018-ci ilin aprelində azadlığa çıxacaq.

Cavid İltizam oğlu Məmmədov (Dato Ağcabədinski)

1985-ci il martın 14-də Ağcabədidə anadan olub. 2002-2009-cu illərdə Rusiyada həbs həyatı yaşayıb. 2013-cü il iyunu 27-də Yunanıstanda keçirilən “sxodka”da qanuni oğru adını qazanıb.

Hazırda azadlıqdadır.

Yusif Nürəddin oğlu Əliyev (Yusif Şamxorski)

1971-ci ildə iyunu 18-də Şəmkirdə anadan olub. 2008-ci il noyabrın 6-da Moskvanın “Zolotoy Slon” restoranında qanuni oğru adını alıb. 44 yaşlı Şamxorski hazırda axtarışdadır.

Tahel Qəribxan oğlu Dağlıyev (Tolik Noqinski)

1983-cü ildə Azərbaycanda anadan olub. 30 yaşı olarkən Türkiyədə keçirilən “sxodka”da qanuni oğru adını alıb. 2015-ci ilin aprelində Rusiyanın Noqinsk şəhərində saxlanılıb. Bundan başqa, həmin ilin sentyabrında Bakıda, oktyabrda isə Minskdə profilaktika tədbirlər çərçivəsində polislər tərəfindən yoxlanılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.