Əhali bankların “dollar tələsinə” düşür

9-02-2017, 11:57   
Əhali bankların “dollar tələsinə” düşür
Azərbaycanda son bir neçə gündə dolların xeyli ucuzlaşması əhalini təşvişə salıb. Belə ki, dünəndən etibarən əlində olan dollarını satan vətəndaşlar kəskin artıb. Tendensiya “qara bazar”a müraciət edənlərin sayında da özünü göstərib. Fərdi qaydada dollar satışı ilə məşğul olan şəxslər fins.az-a bildiriblər ki, xüsusilə də fevral ayının 7-də günün ikinci yarısından sonra dollar alan azalsa da, satanlar çox olub: “Dollar 1.87 manata yüksələndə bu qədər dollar satan yox idi. Dünəndən etibarən hamı 1.75 manatdan əlində olan valyutalarını satmağa başlayıb. Fərdi qaydada dollar alqı-satqısı ilə məşğul olan şəxslərə adi gündə bir neçə nəfər dollar satırdısa, ötən gün 20-dən çox müraciət olub”.

“Qara bazar”dan bildiriblər ki, əhalinin satmaq istədiyi valyutanın həcmi 1000 dolları keçmir. Əsasən 100-500 dolları manata çevirirlər. Məzənnə uyğun olduğu halda “qara bazar”dan dolların alqı-satqısı banklardan daha asan başa gəldiyi üçün insanlar adətən bu bazara üz tuturlar.

“Qara bazar”dakı hazırki vəziyyət də əhalinin bankların “dollar tələsinə” düşməyə başladığını göstərir. Belə ki, iqtisadçı-ekspertlər də manatın dollar qarşısında hazırki performansının heç bir iqtisadi əsasının olmadığını bildirirlər. Əsas məqsəd dolların müvəqqəti ucuzlaşdırılması ilə daha da ucuzlaşacağı görüntüsü yaradıb əhalini əllərində olan valyutanı satmağa sövq etməkdir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar