Azərbaycanda daha iki gənc intihar edib.
Bakının Xətai rayonunda, M.İbrahim küçəsi 41 ünvanındakı fərdi yaşayış evində yaşayan 1998-ci il təvəllüdlü Mirzəyev Röyal Mürsəl oğlu özünü yaşadığı evdə asaraq öldürüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.
Daha bir intihar isə Abşeronda qeydə alınıb.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Xırdalan şəhər sakini, 2000-ci il təvəllüdlü Fərrux Ağakişi oğlu Əsədli özünü yaşadığı Rəsulzadə küçəsindəki 1 saylı binanın damından atıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.
Məlumata görə, F. Əsədli Xırdalanda yerləşən 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.