Azərbaycanlı “qanuni oğru”, hazırda Bakıdakı 8 saylı cəzaçəkmə məüssisəsində saxlanılan “Lotu Quli” ləqəbli Nadir Səlifovun yaxın adamı Ukraynada saxlanılıb.
Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, Ukrayna polisi Lotu Qulinin bu ölkədəki nümayəndələrindən birinin saxlandığı barədə xəbəri təsdiqləyib. Həmin şəxs əsasən Odessada fəaliyyət göstərib və ordaki tərkibi əsaəsn azərbaycanlılardan və gürcülərdən ibarət olan etnik kriminal qruplaşmalara nəzarət edib.
Ukrayna Milli Polisinin məlumatına görə, Lotu Qulinin 26 yaşlı nümayəndəsi bundan əvvəl də ölkə ərazisində saxlanılıb. Bu hadisə 2016-ci ilin noyabrında baş verib. Polis onun üzərinə baxış zamanı silah və narkotik maddə aşkarlayıb. Ş
FacebookOdnoklassnikiTwitterGoogle+WhatsAppLineEmailPrintPaylaş
Azərbaycanlı “qanuni oğru”, hazırda Bakıdakı 8 saylı cəzaçəkmə məüssisəsində saxlanılan “Lotu Quli” ləqəbli Nadir Səlifovun yaxın adamı Ukraynada saxlanılıb.
Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, Ukrayna polisi Lotu Qulinin bu ölkədəki nümayəndələrindən birinin saxlandığı barədə xəbəri təsdiqləyib. Həmin şəxs əsasən Odessada fəaliyyət göstərib və ordaki tərkibi əsaəsn azərbaycanlılardan və gürcülərdən ibarət olan etnik kriminal qruplaşmalara nəzarət edib.
Ukrayna Milli Polisinin məlumatına görə, Lotu Qulinin 26 yaşlı nümayəndəsi bundan əvvəl də ölkə ərazisində saxlanılıb. Bu hadisə 2016-ci ilin noyabrında baş verib. Polis onun üzərinə baxış zamanı silah və narkotik maddə aşkarlayıb. Şəxsin barəsində cinayət işi açılıb, ancaq məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçməyib. Bundan sonra isə Lotu Qulinin gənc yaxınını tapmaq mümkün olmayıb və o, məhkəmədən yayınıb.
Bu dəfə isə polis onu idarə etdiyi maşınına görə müəyyən edib. Şəxs polisə ciddi müqavimət göstərsə də, onu nəhayət Odessadakı saxlanma təcridxanasına aparıblar. Hələlik şəxsin adı açıqlanmır.
[media=https://www.youtube.com/watch?v=8M5dSQrP3eU]