24saat.org saytının əməkdaşı və ReAl üzvü saxlanılmadan öncə bunları deyib – SƏS YAZISI

21-02-2017, 08:37   
24saat.org saytının əməkdaşı və ReAl üzvü saxlanılmadan öncə bunları deyib – SƏS YAZISI

20 Fevral 2017-ci il tarixdə Sumqayıt Şəhər Polis idarəsi tərəfindən ReAL hərəkatının üzvü və 24saat.org saytının əməkdaşı Rahim Şalıyev saxlanılıb.
R. Şalıyev günorta saatlarında redaksiyamızla əlaqə yaradaraq telefon vasitəsiylə polis idarəsinə dəvət olunduğu və bu dəvəti alan kimi yola düzəldiyi barədə məlumat verib. O həmçinin bildirib ki, polis idarəsinə nədən dəvət olunduğu barədə açıqlama verilməyib.
Zəruri QEYD: Rahim Şalıyev 24saat.org saytında yazıların yenilənməsində yaxından köməklik göstərib. Əməkdaşlıq etdiyimiz müddətdə kifayət qədər intellektli, mədəni, məsuliyyətli, vətənini sevən, açıq sözlü şəxs kimi özünü tanıdıb.
Hazırda Rahim Şalıyevin saxlanılması səbəbindən 24saat.org saytının fəaliyyətində ciddi problemlər yaranıb.
24saat.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.