“Heç nə yox, məmurlara uşaqlarımın qarşısında yaşadığlarımı arzulayıram” VİDEO
21-02-2017, 10:59
Sumqayıt şəhəri 48-ci məhəlləsindəki 42 saylı məktəbdə məskunlaşmış Qubadlı rayonundan olan məcburi köçkün ailələri şəraitsizlikdən şikayətlənir.
25 yaşlı Nicat Zahidovun Qubadlının işğalı zamanı bir yaşı varmış. Onun dediyinə görə məçburi köçkün həyatına başlayandan ağır şəraitdə yaşamağa məcbur olublar. Rütubətli yerdə onda böyrək çatışmazlığı yaranıb. Bir böyrəyi əməliyyatla götürülüb. İkinci böyrəyində də problemlər yaranıb. Müalicəyə imkan yoxdur. Hara müraciət ediblərsə, heç bir xeyri olmayıb. Hətta Qubadlı rayon İcra hakimiyyətinin nümayəndəsinin onları təhqir etdiyini də bildirir.
Nicatın anası Ramidə Verdiyeva da oğlunun dediklərini təsdiq edir. Hökumətin məcburi köçkünlərə laqeydliyindən danışır.
Əməkdaşımızın hazırladığı video-teportajı təqdim edirik.