Həbsdə saxlanılan Rövşən Əhmədov: “Ətin arasında narkotik gətirəcəkdilər, Çingiz özü həmişə deyirdi ki, ən gözəl pul bundadır...”
Ləğv olunan Nəqliyyat Nazirliyində müşavir vəzifəsində çalışmış Çingiz Baxşıyevin iddiası əsasında həbs edilmiş yaxın qohumu Rövşən Əhmədovun ailə üzvləri hədələnir. Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, R.Əhmədovun həyat yoldaşının, oğlunun, qızının telefonlarına zəng edən naməlum şəxslər onları ölümlə hədələyirlər. Əhmədovlar həmin şəxslərin Ç.Baxşıyevin göstərişi ilə hərəkət etdiklərini bildirirlər.
R.Əhmədov hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanır. O, Çingiz Baxşıyevin 800 min manatlıq qızıl-zinət əşyalarını mənimsəməkdə suçlanır. R.Əhmədov ittihamı qəbul etmir, bildirir ki, Ç.Baxşıyevin işçisi olduğu dövrdə onun çoxlu qanunsuz əməllərinin şahidi olub. Buna görə də ondan uzaqlaşmaq qərarı verib. Bundan sonra isə Ç.Baxşıyev ondan heç bir əsası olmayan şikayətlə hüquq-mühafizə orqanlarına müraciət edib, özünə, ailə üzvlərinə qarşı təzyiqlərə, təhdidlərə keçib.
R.Əhmədov Ç.Baxşıyevi narkoticarətin təşkilində suçlayır, 2009-cu il fevralın 11-də Bakıda öldürülən müdafiə nazirinin müavini Rail Rzayevin qətlində adını hallandırır. Bu haqda qəzetimizin 10 fevral 2017-ci il tarixli sayında “8 il sonra Rail Rzayevin qətlinin şahidi ortaya çıxdı” sərlövhəli məqalə dərc etmişdik. R.Əhmədov işi üzrə keçirilən son prosesdə də Ç.Baxşıyevin narkoticarətlə məşğul olduğunu açıq şəkildə deyib.
Image result for Çingiz Baxşıyev
Çingiz Baxşıyev
“Mənə dedi ki, İrandan, Qırğızıstandan dondurulmuş ət gətirəcəyik. Amma danışıqlardan başa düşürdüm ki, ət məsələsi deyil. Ətin arasında narkotik gətirəcəkdilər. Çingiz özü həmişə deyirdi ki, ən gözəl pul bundadır. Ət məsələsi başlayandan sonra bir gün məni göndərdilər, bir nəfərdən 1 milyon alıb gətirib qızına verdim. Bir gün də Dəmiryol İdarəsinin qarşısına göndərdi ki, ora çatanda dediyi nömrəyə zəng vurum. Zəng elədim, bir ”Jeep" gəlib saxladı, 360 min dollar verdi, getdi. Onda başa düşdüm ki, nə məsələdir. 20 ton dondurulmuş ət 5 manatdan 100 min eləyir, daha 1 milyon 360 min eləməz ki?! 360 mini gətirib özünə verəndən sonra dedim ki, bir də belə işlərin arxasınca məni göndərməsinlər. 60 yaşım var, qızım həkim, oğlum polisdir. Mən niyə uşaqlarımın adına ləkə vurum?! Buna görə incidi, iki gün sonra da başıma bu oyunu açdı, çağırdı ki, qızıllar yoxdur", - deyə R.Əhmədov məhkəmənin diqqətinə çatdırıb.
Image result for Məhkəmə
Rövşən Əhmədov bir daha hakim Əfqan Hacıyevin diqqətinə çatdırıb ki, ona verilmiş ittiham saxtadır, Çingiz Əhmədov bağlamada qızılları saxlamaq üçün necə veribsə, o cür də ona geri qaytarıb: “Mən birbaşa Çingiz Baxşıyevin özünə vermək istəyirdim, çünki qızımın toyu olacaqdı, evə gələn-gedən çox idi. Zəng elədim, danışdıq, evinə apardım. Qapısına çatanda dedi ki, apar, qızımgilə ver. Mən də aparıb verdim. Bu, fevralın 2-də olub. Üstündən 2 ay keçəndən sonra - martın 30-da çağırıb ki, qızılların bir hissəsi yoxdur. Bəs bu iki ayda hara baxırdın? Çingiz elə adamdır ki, bir onluğunun əskik olduğunu bilsə, yarım metr qarda qaça-qaça gedib yoxlayardı. Əgər mən üstündən götürsəydim, toy öncəsi aparardımmı ki, Çingiz baxıb görsün, sonra da toyumuza haram qatsın?!
Related image
Çingiz Baxşıyev bir dəfə məhkəmədə gəlib deyir ki, itən 6-7 kiloluq daş-qaşın arasında 200 ədəd qızıl onluq olub. Bu 200 onluğun çəkisi 6-7 kilodan çox eləyir. O qədər qızıl pul dediyi qaba yerləşməzdi, axı. Onun mənim yanımda açdığı bağlamadakı bir neçə əşyanın dəyəri 800 mindən də çox idi. Götürən elə onları götürərdi də. Qızıl kəmər, qızıl siqaret qabı, 15-16 santimetrlik qızıl xəncər, 150 minlik təkqaş komplekt, biri 350, o biri 140 minlik iki saat, qaşlarının biri 6 karat olan 270 minlik komplekt... Mən götürən olsaydım, elə evimdə saxladığı 40 milyon avronu götürərdim. Düz 12 il onun bütün var-dövləti, milyonları məndə olub. Etibar edib, verib, saxlamışam, sonra da qaytarmışam".
Çingiz Baxşıyev ötən məhkəmədə iddia etmişdi ki, Rövşən Əhmədov ona su verərək zəhərləyib. Amma Əhmədov bu iddianın yalan olduğunu deyir və bildirir ki, 12 ildən çox birlikdə işlədiyi, daim yanında olduğu qohumu onun İrana getməklə bağlı təklifini rədd elədiyinə görə ondan qisas alır: “Mənə dedi ki, İrandan, Qırğızıstandan dondurulmuş ət gətirəcəyik. Amma danışıqlardan başa düşürdüm ki, ət məsələsi deyil. Ətin arasında narkotik gətirəcəkdilər”.
R.Əhmədovun yaxınları deyirlər ki, Ç.Baxşıyev onlara hədə mesajları çatdırır. Tələb edir ki, R.Əhmədov sussun: “Deyir mənim pulum tükənən deyil, o susmalıdır. Hazırda Rövşənə gördürdüyü işləri kürəkəni Mübariz və onun əhatə dairəsi ilə həyata keçirir. Ən çox qorxduğu adının narkotik məsələsi deyil, Rail Rzayevin qətl işinin yenidən araşdırıla biləcəyi ehtimalıdır. Bu məsələdə ona yeni qohumları da kömək edəcəklərinə söz vermirlər. Yeni qohumları isə Carçıyevlərdir. Çingiz qohumluq əlaqələrindən istifadə edərək R.Əhmədova qarşı qanunsuzluqlarına qanuni don geydirməyə çalışır”.
Qeyd edək ki, Rövşən Əhmədov 2016-cı ilin aprelindən həbsdədir. Ona CM-in 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
E.MƏMMƏDƏLİYEV
P.S Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.