Fransada İlham Əliyevə qarşı təxribat hazırlanır

9-03-2017, 08:39   

Martın 14-də Azərbaycan prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri başlanır.

Virtualaz.org bildirir ki, bu barədə France İnternational Radio (FİR) xəbər yayıb.

Prezident İlham Əliyevin səfəri Azərbaycan və Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25-illiyinə həsr edilib. Gözlənilir ki, tərəflər Fransa paytaxtında, həmçinin Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı müzakirə aparacaqlar.

Bu arada virtualaz.org-a məlum olub ki, Fransanın erməni təşkilatları Azərbaycan liderinə qarşı təxribat hazırlayırlar.

Belə ki, Fransa erməni təşkilatlarının “Collectif Van” nəşri bu gün bütün fransızlara müraciət edərək onları prezident İlham Əliyevin səfərinə qarşı erməni diasporunun aksiyalarını dəstəkləməyə çağırıb. Erməni diasporunun nümayəndələri öz mitinqlərini 14 martda Parisdə, Lionda və Marseldə keçirməyi planlaşdırırlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.