Şəmkirdə baba maşını aşırdı, arvadı və nəvəsi öldü, günahı ölən nəvənin üstünə atmaq istədi

9-03-2017, 20:26   

Bu gün Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Qasımalılar kəndindən keçən hissəsində qeydə alınıb.

“Niva” markalı avtomobilin aşması nəticəsində avtomobili idarə edən 2002-ci il təvəllüdlü Elzaməddin Vəliyev və onun nənəsi, 1954-cü il təvəllüdlü Vəzifə Vəliyeva hadisə yerində ölüblər.

Əvvəlcə avtomobili 15 yaşlı Elzaməddin Vəliyevin idarə etdiyi bildirilsə də, polisin araşdırması nəticəsində məlum olub ki, maşını idarə edən şəxs onun babası, Gədəbəy rayonunun Əlinağılar kənd sakini, 1953-cü il təvəllüdlü Zirəddin Vəliyev olub.

Onun idarə etdiyi “Niva” markalı avtomobilin yolun kənarına aşması nəticəsində avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı, 1954-cü il təvəllüdlü Vəzifə Vəliyeva və onların nəvəsi 2002-ci il təvəllüdlü Elzaməddin Vəliyev Hadisə yerində ölüb. Sürücü və digər sərnişin, onun oğlu 1974-cü il təvəllüdlü Qalib Vəliyev isə yüngül xəsarət alıblar. Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır. (APA)



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.