Bakıda DTX və polis xüsusi əməliyyat keçirdi FOTO, YENİLƏNİB

10-03-2017, 16:19   
Bakıda DTX və polis xüsusi əməliyyat keçirdi FOTO, YENİLƏNİB

Bakıda Dövlət Təhlükəsizlik Xidməti (DTX) və polis əməkdaşları birgə əməliyyat keçiriblər.

Lent.az-ın məlumatına görə, Ceyhun Hacıbəyli 11 ünvanında (köhnə “Qarabağ” mehmanxanası yaxınlığında) olan ünvanda axtarış aparılıb. Məlum olub ki, müəyyən dini təriqətə aid sakinlər bura toplaşaraq ibadət edirlər, lakin həmin yer dini qurumların siyahısında qeydiyyatda olmayıb.

Axtarış zamanı həmin ünvanda 20-25 nəfər olub. Əməliyyatçılar tərəfindən orada olan şəxslər qeydiyyata alınıb.

Heç kim saxlanılmayıb.

* * *15:37

Keçmiş “Qarabağ” mehmanxanası yaxınlığında polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, mehmanxananın yaxınlığında yerləşən köhnə tələbə yataqxanasında cümə namazı üçün toplaşan şəxslərin sənədləri yoxlanılıb.

Əməliyyat Nəsimi Rayon Polis İdarəsi tərəfindən həyata keçirilib.

◀▶

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.