Özünü güllələyən şəxslə bağlı şok məlumatlar: qumarbaz, xeyriyyəçi...

10-03-2017, 16:36   


Bu gün Bakıda özünü "Makarov” tipli tapança ilə güllələyən İldırım Dadaşovun intiharı ilə bağlı təfərrüatlar məlum olub.

BakiPost.az-a daxil olan məlumata görə, 1960-cı il təvəllüdlü İ. Dadaşov intihar edərkən mənzildə heç kim olmayıb. Aparılan axtarışlar zamanı evdən məktub tapılıb. O, məktubunda intihar səbəbini açıqlayıb.

Əldə etdiyimiz məlumata görə, İbrahim Dadaşovun oğlu 2 il əvvəl Moskvada avtomobil qəzası zamanı dünyasını dəyişib. Bundan sonra özünə qapanan İ.Dadaşovun məhz bu səbəbdən intihar etdiyi bildirilir.

Saytımıza daxil olan digər məlumatlara görə isə, İbrahim Dadaşov məşhur qumarbaz olub. O, uzun illər qumar oynayıb və bu sahədə çox tanınmış şəxslərdən olub.

İ.Dadaşov həm də iş adamı, kifayət qədər imkanlı şəxs olub. Onun xeyirxah insan olduğu, imkansız insanlara daim yardım etməsi, yaşadığı kəndə abadlıq-quruculuq işləri aparması da yayılan məlumatlar sırasındadır.

Məlumat üçün bildirək ki, bu gün Bakıda intihar hadisəsi baş verib. Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb. Bildirilir ki, qəsəbə sakini, 1960-cı il təvəllüdlü İldırım Rza oğlu Dadaşov "Makarov” tipli tapançadan baş nahiyəsinə atəş açaraq özünü öldürüb.

Bakı Post
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.