BakiPost.az xəbər verir ki, o, ölkədə cüdo üzrə əsas mütəxəssislərdən biri hesab olunub.
Sambo üzrə Beynəlxalq dərəcəli idman ustası, Cüdo üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi, bundan başqa, vaxtı ilə qadınlardan ibarət cüdo üzrə ilk paraolimpiya yığmasının məşqçisi olub.
S. Adıgözəlov 21 Sentyabr 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi” medalı ilə təltif edilib.
İdmançının intihar səbəbləri ilə bağlı bir neçə versiya irəli sürülür. Son vaxtlar onun dərin depressiya yaşadığı bildirilir. Buna səbəb kimi isə neçə illər əziyyət çəkib yetişdirdiyi idmançının ondan üz döndərib, başqa məşqçinin yanına getməsi göstərilir.
Məsələnin təfərrüatı ilə bağlı əlavə materialımız olacaq.
Tərlan
Bakı Post