Amansız qətllər və intiharlar ölkəsində: Qardaş 21 yaşlı bacısını baltalayıb öldürdü

16-03-2017, 17:00   
Amansız qətllər və intiharlar ölkəsində: Qardaş 21 yaşlı bacısını baltalayıb öldürdü

Hər gün orta hesabla 3-4 intihar hadisəsinin, amansız qətl hadisələrinin baş verdiyi, dəm qazından ölümlərin adiləşdiyi və hətta kütləvi xarakter aldığı ölkədə daha bir sarsıdıcı qətl hadisəsi qeydı alınıb.

Məlumata görə Bərdə şəhərində qardaş bacısını xüsusi amansızlıqla qətlə yetirib, onu baltalayıb. Belə ki, şəhərin Füzuli küçəsində yaşayan 22 yaşlı Hafiz Vaqif oğlu İbrahimli 21 yaşlı bacısı Leyla İbrahimlini baltalayaraq öldürüb. (APA)

Bərdə Şəhər Polis Şöbəsindən virtualaz.org saytına bildiriblər ki, hadisə qısqanclıq zəminində baş verib. “İlkin məlumatlara görə, 22 yaşlı Hafiz Vaqif oğlu İbrahimli 21 yaşlı bacısı Leyla İbrahimli ilə münaqişə edib.

Bundan sonra o, bacısını baltalayaraq öldürüb. Bacısını öldürəndən sonra isə polis şöbəsinə gələrək, törətdiyi hadisəni etiraf edib”, - polisdən bildiriblər. Məlumatlara görə, Leyla İbrahimli bir müddət əvvəl qeyri-rəsmi yaşadığı kişi ilə ayrılıb.

Hazırda polis əməkdaşları hadisə yerindədir. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Azərbaycanda intiharların və zorakı qətllərin artması ictimaiyyətdə narahatlıq doğurur, ziyalılar, deputatlar, dövlət strukturlarının rəsmiləri dəfələrlə bu barədə narahatlıq ifadə ediblər.

Criminal.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.