Arvadını və baldızı qızını öldürən şəxs “N brothers”in üzvünün atası imiş - Yenilənib

25-03-2017, 13:24   


Abşeron rayonu Saray qəsəbəsində dəhşətli qətl hadisəsi törədilib.

BakiPost.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsindən salamnews-a verilən məlumata görə, 55 yaşlı Hüseynov Qurban İsmayıl oğlu şəxsi münasibətlərin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib. Bundan sonra həyat yoldaşının yaxın qohumu 18 yaşlı Amur Təbrizi Rəhilə Əsgər qızını da öldürüb. Bildirilir ki, xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının iki gün öncə nişan mərasimi olub.

Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə gətirilib.

Hadisədən sonra qətli törədən Qurban Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Abşeron rayon prokurorıuğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda qətlin motivi araşdırılır.

Qeyd edək ki, qətli törədən Hüseynov Qurban İsmayıl oğlu "N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.

***
10:30

Abşeron rayonu ərazisində qətl hadisəsi baş verib.

Abşeron rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Saray qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Qurban İsmayıl oğlu Hüseynov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1963-cü il təvəllüdlü Fəraiz Zakir qızı Hüseynovanı və baldızı qızı, 1999-cu il təvəllüdlü Amuz Təbrizi Rəhilə Əsgər qızını öldürüb.

Q. Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.

Hadisəni törədən Q. Hüseynov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Bakı Post
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.