JEK-ləri Eldar Mahmudova peşkəş edən Akif Hacıyevin ilginc dosyesi

27-03-2017, 06:36   
JEK-ləri Eldar Mahmudova peşkəş edən Akif Hacıyevin ilginc dosyesi

Gözlənilmədən vəzifədən uzaqlaşdırılan, ciddi nəzarətə götürülən və hələ də harada olduğu bilinməyən eks milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın ətrafı yenidən vəzifə eşqinə düşüb. Belə ki, E.Mahmudov qalmaqalında kifayət qədər ciddi məsələlərdə adı çəkilən şəxslərdən biri də Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Hacıyev idi. O zaman A.Hacıyevin adı Mahmudovla biznes və daha ciddi əlaqələrdə çəkilirdi. İndi isə mediada onun vəzifəsinin yüksəldiləcəyi xəbəri yayılıb. Belə ki, mediada yayılan xbərlərə əsasən cumhuriyyet.az bildirilir ki, Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Hacıyev yaxın vaxtlarda icra başçılarından birinə müavini təyin olunacaq: “Onun icra başçısı olması üçün əlimdən gələni etdim. İndi isə o da məni müavin olmam üçün çalışır” deyən A.Hacıyev günlərini sayır. A.Hacıyevin hansı rayon icra başçısına müavin təyin olunması artıq bəllidir. Sadəcə müəyyən məsələlərə görə, rayonun adını qeyd açıqlamır.
Ümumiyyətlə, Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Hacıyev hazırkı vəzifəsindən uzaqlaşmaq niyyətindədir. Çünki, birlikdə ciddi problemlər mövcuddur. Təkcə vergi qalmaqalı A.Hacıyevi cox narahat edir. Eldar Mahmudovla əlaqəsinə gəlincə, bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rastlanan məlumatları diqqətinizə çatdırırıq: “Vaxtilə Yasamal “JEK”ində çalışan Akif Hacıyev hər gün onun ərazisində yaşayan Eldar Mahmudovun işə gedib-gəlmə qrafikini əzbərləmişdi. Akif Hacıyevin məqsədi səhər-axşam Eldar Mahmudova qulluq etmək, onun çantasını daşımaq idi. Hətta qonşular Akif Hacıyevin bu hərəkətlərindən xeyli “lətifə” yaratmşıdılar. Bir gün Eldar Mahmudov bu qırsaqqız adamın Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəhbər təyin olunması üçün tapşırıq verdi. Və bir neçə gündən sonra Akif Hacıyev Yasamal MKTB-nin rəisi oldu. O gündən Akif Hacıyev Eldar Mahmudovun tapşırığı ilə bütün”JEK” müdirlərinə göstəriş verdi ki, ərazilərindəki “jirni” adamların siyahısını hazırlasınlar. “JEK “müdirləri danışır ki, MTN əməkdaşlarının sorğularından bezmişdik. Akif Hacıyev bizi hədələyirdi ki, sorğulara cavab verməsəniz sizi işdən qovacam. Bir sözlə “JEK”-lər MTN-nin “filial”larına çevrilmişdi”.
Mövzu ilə bağlı mediada yer alan və rəsmən təkzib olunmayan məlumatlar bununla yekunlaşmır. A.Hacıyevin yaxın dövr fəaliyyətini əks etdirən həmin məlumatları cumhuriyyet.az olaraq təqdim edirik: “Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasına qədər “88”lə başlayan şəxsi avtomobillər idarə edən, heç bir polisi saymayan Akif Hacıyev və onun adamları indi izi itirmək üçün 414 nömrə nişanı maşınlarla gəzir. Onlar bu yolla eks MTN şefi ilə əlaqələrinin olmadığını ortaya qoymaga çalışırlar. Daha bir ilginc məlumata görə, Akif Hacıyevin əmisi oglu, əvvəllər polis orqanlarında işləyən, hazırda təqaüddə olan Simnar Hacıyevin də (Hazırda MKTB-də anbardar) Eldar Mahmudovla daha yaxın münasibətlərinin olması deyilir. Həmçinin Eldar Mahmudov Akif Hacıyevin yeganə oglu Məcid Hacıyevi də işsiz qoymayıb və ona MTN-də məsul vəzifə verib. Hazırda Məcid Hacıyevin MTN-də çalışdığı bildirilir. Yasamal MKTB-nin rəhbəri Akif Hacıyevin əməllərinin bununla bitmədiyi qeyd olunur. Belə ki, illərdi bu vəzifədə çalışan Akif Hacıyev öz yaxın adamlarını MİS-lərə müdir təyin etdirib, qohumlarına MKTB-də lazımlı vəzifələr verib. Eldar Mahmudovun varlığından istifadə edərək Yasamal rayon icra başçısını saymayan, onun tapşırıqlarını qulaqardına vuran Akif Hacıyevə “gözün üstə qaşın var” deyən olmayıb. Mahmudov faktoruna görə ehtiyat edən rayon rəhbərliyi də ona bir söz deməyib. Çünki dəfələrlə yaranan mübahisələrə Eldar Mahmudov səviyyəsində müdaxilələr olunub, rayon rəhbərliyi haqsız çıxarılıb. Daxil olan məlumatlar arasında ən diqqət çəkən məqamlardan biri Akif Hacıyevin “MTN şefi”nin adından istifadə edərək külli miqdarda vergidən yayınması haqqındadır. İddia olunur ki, Yasamal MKTB-nin uzun müddət boyunca yığılıb qalan 1,2 milyonluq vergi borcu Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra təkrar gündəmə gəlib. Hətta buna görə Akif Hacıyevin saxlanıldığı bildirilir. Belə ki, 2 gün harada saxlandığı bilinməyən A.Hacıyev sonradan vergini ödəyəcəyi ilə bağlı öhdəlik götürdükdən sonra sərbəst buraxılıb. Onun sərbəst buraxılmasında Vergilər Nazirliyində çalışan məsul şəxsin əməyi keçib. Belə ki, A.Haciyevlə qonşu olan və hələlik adını çəkmədiyimiz vergi məmuru onun buraxılması üçün xahiş edib. Bu vergi məmurun da adı bizə açıqlansa da, bu istiqamətdə hələ dəiqləşdirmələrimiz davam edir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar