Polis şöbəsində daha bir ölüm Polis şöbəsində daha bir ölüm

27-03-2017, 21:45   


Goranboy rayon Polis Şöbəsində ölüm hadisəsi baş verib.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də təsdiq ediblər.

Mətbuat xidmətindən bildirilib ki, bu gün, martın 27-si şikayət ərizəsi əsasında Goranboy şəhər sakini Rəşad Qarayev polis şöbəsinə dəvət edilib. İzahat verərkən onun səhhəti qəfil pisləşib və göstərilən tibbi yardıma baxmayaraq, vəfat edib.

Hazırda faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

Məsələyə, hələlik, mərhumun vəkili və ya qohumlarından münasibət almaq mümkün olmayıb (azadliq.org).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar