Kəmaləddin Heydərov kimdir ki?.." Təbii ki, bunu biz yox, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Slüyeman Mikayılov deyir. Hansı ki dünənə qədər məhz Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun çətiri altında gizlənib və üzərinə gələn hücumlardan məhz FHN şefinin adı ilə yayınmağa müvəffəq olub.
Bu gün özünü yetərinə güclü və əlaqəli hiss edən Süleyman Mikayılov hətta özündə "Kəmaləddin Heydərov kimdir ki?.." sualını vermə cəsarətində belə bulunub. Təbii ki, Kəmaləddin Heydərov bizim üçün dövlətimizin nazirlərindən biridir. Amma Süleyman Mikayılov üçün "Kəmaləddin Heydərov kimdir ki?.." sualını verəək qədər qeyri-əlaqədar olmayıb ki, yəqin, icra başçısı bir neçə gün əvvəl işlətdiyi bu ifadsinə görə himayədarı qarşısında cavab verməli olacaq.
Dia.az-a bu barədə danışan mənbə iddia edir ki, artıq Süleyman Mikayılov məclislərin birində FHN şefi ilə bağlı sösylədiyi həmin sözlərininin problemini yaşamaqdadır.