Azyaşlı oğlunu çəkiclə öldürən ata haqda ŞOK faktlar - Rəsmi açıqlama

29-03-2017, 15:13   

Dünən axşam saatlarında Sabirabad rayonunun Ulacalı kəndində 7 yaşlı oğlunu xüsusi amansızlıqlıa öldürən 27 yaşlı Məmmədov Röyal Şakir oğlunun əvvəllər hansı cinayətlərə görə məhkum edildiyi məlum olub.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, övladının başına çəkiclə zərbələr endirərək onu vəhşicəsinə öldürən Röyal Məmmədov əvvəllər oğurluq etdiyinə və hərbi xidmətdə olarkən postu qoyub silahı ilə birgə qaçdığına görə məhkum edilibmiş.

O, Cinayət Məcəlləsinin ümumilikdə 4 maddəsi ilə - 177.1 (Oğurluq), 228 (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 338.1 (Döyüş növbəsi çəkmə qaydalarını pozma, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə) və 349.1 (Hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə, silahı, döyüş sursatını, hərbi texnikanı və ya sair hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə, digər cinayətin əlamətləri olmadıqda) təqsirli bilinərək həbs edilib və bu ilin yanvar ayında həbsdən çıxıb.

Bildirilir ki, R.Məmmədov hərbi xidmətə getməzdən əvvəl evlənibmiş, o, sevdiyi qızı qaçıraraq onunla ailə qurubmuş.

Qeyd edək ki, məlum cinayətlə bağlı araşdırmalar davam etdirilir, R.Məmmədov tutularaq istintaqa təhvil verilib.

***

Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda atanın azyaşlı oğlunu qətlə yetirməsi hadisəsi ilə bağlı məlumat yayıb.

BakiPost.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, rayonun Ulacalı kəndində yaşayan əvvəllər məhkum olunmuş Röyal Məmmədov evində arvadı Günel Məmmədova ilə aralarında baş verən münaqişə zəminində 7 yaşlı oğlu Röyaminin başına çəkiclə xəsarət yetirib və nəticədə uşaq hadisə yerində ölüb.

R.Məmmədov Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Araşdırmalar davam etdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.