Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş vermiş partlayış nəticəsində ölən azərbaycanlı Dilbər Əliyeva Azərbaycan vətəndaşı deyil.
Bu barədə Trend-ə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.
S.Qasımov bildirib: “Dilbər Əliyeva Rusiya vətəndaşı olub, Rusiyada yaşayır və təhsil alırdı”.
Baş konsul, həmçinin metroda baş vermiş partlayış nəticəsində yaralanmış azərbaycanlı Zaur Vəliyevi ziyarət edib.
Baş konsulun bildirdiyinə görə, yaralının vəziyyəti stabildir, orta ağırlıqlı olaraq dəyərləndirilir, bununla belə sağalmaq üzrədir.
Z.Vəliyev Rusiya vətəndaşıdır və Orenburqda anadan olub.
* * *05:46
Sosial şəbəkələrdə yayılmış xəbərə görə, bu gecə Rusiyanın Sankt-Peterburq şəhərindəki xəstəxanalardan birində dünən metroda törədilmiş terror aktı nəticəsində yaralanmış azərbaycanlı qız dünyasını dəyişib.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı Dilbər Əliyeva ağır vəziyyətdə xəstəxanaya gətirilərkən səhvən Tamara Əliyeva kimi qeydiyyatdan keçirilib.
Xatırladaq ki, dünən yerli vaxtla saat 14:30-da Sankt-Peterburq metrosunda vaqonlardan birində kamikadze üzərində olan partlayıcı qurğunu işə salıb. Nəticədə, 11 nəfər həlak olub. daha 30-a yaxın adam yaralanıb.
Terror aktını törətmiş şəxs, ilkin məlumatlara görə, 23 yaşlı Qazaxıstan vətəndaşı Maksim Aşirevdir.