Bakı metrosunda xəsarət alan sərnişinin kimliyi məlum olub. O, təxminən 55-60 yaşlarında olan Rəfiqə Adıgözəlovadır.
Bu barədə məlumatı Cebhe.info “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev verib.
Onun sözlərinə görə, sərnişin metrostansiyada platformanın hüdud xəttini keçib: “Qadın hüdud xəttini keçdiyi üçün stansiyaya daxil olan qatar onu vurub. Qatar stansiyaya yaxınlaşanda həmişə xəbərdarlıq olunur ki, platformada olan təhlükəsizlik xətti keçilməsin. Qadın ora keçib, ona görə qatarın ön hissəsi, yəni güzgü tərəf sərnişinə dəyib”.
Hazırda qadının xəstəxanada olduğunu deyən Nəsimi Paşayev hadisənin bir qədər əvvəl Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında baş verdiyini bildirib.
Alçina Amilqızı
Cebhe.info