Gəncədə şok hadisə: ailəli kişi evlənmək üçün öz qardaşı qızını qaçırdı-ŞOK VIDEO

5-04-2017, 08:37   


Gəncədə 3 uşaq atası 26 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub.

Xezerxeber.az-a bu haqda məlumatı Həsənin ayrılmaq istədiyi, 8 il evli olduğu həyat yoldaşı Həmidə Səfərova verib.

Onun sözlərinə görə, əri ilə qaynı qızı 1 ay əvvəl qoşulub qaçıblar. O isə uşaqlarını da götürərək Biləsuvarda öz ata evinə qayıdıb.

Qadın deyir ki, əri ilə qaynı qızının münasibətindən evləndikdən bir müddət sonra şübhələnib. Amma hər dəfə bu mövzu açılanda həyat yoldaşı onu müxtəlif vasitələrlə təhdid edib.

Sayt Həsən Səfərovla telefon əlaqəsi saxlamağa zəhd etsə də, alınmayıb.

Ona görə də iddiaların doğru olub- olmadığını öyrənmək üçün saytın əməkdaşları Həsən Səfərovun evinə yollanıblar. Burada onların eşitdikləri daha dəhşətli olub.

Həyat yoldaşı Həmidə Səfərova deyib ki, ərinə qoşulub qaçan qaynı qızı evli olub, 2 uşaq anasıdır. Əmisi ilə evlənmək üçün 2 uşağını da yoldaşının üstünə atıb.

Qadının sözlərinə görə, əri ilə qızın üstündə tez -tez davaları düşüb. Sonda kişi boşanmaq üçün məhkəməyə müraciət edib. Amma uşaqları azyaşlı olduğundan hakim boşanmanı bir müddət təxirə salıb. Kişi də boşanma olmadan rəsmi nikahda ola-ola bu üsula əl atıb.

Bu hadisə Qərbdən gələn ağır təsirlərin mədəniyyət və mentalitet deqredasiyasına bariz nümunədir. Öz qanından olan biri ilə belə bir addım nə adət ənənələrimizə, nə də mənəvi dəyərlərimizə sığır. Kişinin qorumaqla mükəlləf olduğu namusuna xəyanət kimi görünən bu halı bütün cəmiyyət pisləməli, tarix boyu öz dəyərləri ilə ad salmış Azərbaycan ailəsinin belə mənfi hallardan qorunmasına çalışmalıdır. Görünür, Qərbdən gələn təsirin qarşısında bəziləri aciz qalıb. Bu fakt bir daha göstərir ki, milli-mənəvi dəyərlərimizə sahib çıxmalı, onları gələcək nəsillərə alnıaçıq şəkildə ötürməliyik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.