İmişli rayon sakini Abbasov Əli Vəli oğlu ailə münaqişəsi zəminində ailə üzvlərini girov götürüb.
Avropa.info xəbər verir ki, Ə.Abbasov ailə problemlərinin həlli üçün gəlmiş qayınatasına etiraz edib və onun avtomobilinə odlu silahdan atəş açıb.
Atəş nəticəsində avtomobilə ciddi ziyan dəyib.
Ə.Abbasov ailə üzvlərini iki saata yaxın evdə girov saxlayıb. Hadisə gecə saatlarında olub.
Hadisə yerinə İmişli rayon Polis Şöbəsinin əməkdaşları gəliblər. Polisin müdaxiləsindən sonra Ə.Abbasov təslim olub.
Faktla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işi açılıb.
Araşdırma aparılır.