"Ərimi qardaşı qızı ilə yataqda tutmuşam" - Tükürpədici olayın təfərrüatı

5-04-2017, 16:54   

Gəncədə 3 uşaq atası 38 yaşlı Həsən Səfərovun qardaşının 23 yaşlı qızını evlənmək məqsədilə qaçırması günün ən çox müzakirə olunan mövzusuna çevrilib. Tükürpədici hadisə ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Adı qardaşının qızını qaçırmaqda hallanan H.Səfərov həyat yoldaşının onunla bağlı dediyi fikirlərin yalan olduğunu bildirib.

Həsənin ayrılmaq istədiyi həyat yoldaşı Həmidə Səfərova AzVision.az-a yeni faktlar açıqlayıb. O, ərini qardaşı qız ilə evdə yataqda tutduğunu, əlində bunu sübut edəcək faktların olduğunu söyləyib.

“Mənim sübutlarım var. İndiyədək susurdum ki, ailəm dağılmasın. Uşaqlarımın xatirinə onun iyrənc hərəkətlərinə dözürdüm. İndi susmayacağam. Qoy, hamı bilsin ki, Həsən necə iyrənc, namussuz adamdır. Mən ondan aliment tələb edirəm. Bundan sonra iki dünya bir olsa onunla bir evdə yaşamaram. Həsən kişi kimi boşanardı, ondan sonra gedib kiminlə istəsə evlənərdi. O, ailəsini ataraq öz qardaşı qızı ilə qoşulub qaçıb.

Mən bu məsələni televiziyada açıqlayandan sonra məni ölümlə hədələyirlər. Baldızım Könül zəng edib, məni təhqir edir. Deyir, qardaşımın başından bir tük əskik olsa, məni öldürəcəklər. Bacısı qardaşının çirkin əməl sahibi olduğunu gizlətmir. Yalvarır ki, bizi biabır eləməyin, insan içinə çıxa bilmirik”.

H.Səfərova ərinin qardaşı qızı ilə münasibətindən çoxdan xəbər tutduğunu etiraf edib.

“Mən dəfələrlə evə girib, onları bir yerdə ər-arvad münasibətində görmüşəm. Məni ölümlə hədələyirdi. 7 ili belə başa vurmuşam ki, bəlkə düzələr.

“4 aylıq hamilə olanda məni müalicə adı ilə atamgilə göndərdi. Bir müddət sonra mənə məhkəmədən kağız gəldi. Məni boşanmaq istədiyini dedi. Səbəbini soruşdum. Dedim, mən üç uşaqla necə dolanım. Mənim məqsədim aliment almaqdır. Üç uşağa tək başına baxa bilmirəm. Qaynanam deyir, əlin hara çatır, şikayət elə. Mən onun 3 uşağını saxlayıram. Heç cür imkanım yoxdur. Uşağın ən balacasının beyindaxili təzyiqi var. Müalicə etdirə bilmirəm. Çox acınacaqlı həyat yaşayıram. Mənə oğlanın valideyinləri deyir ki, susmalısan, ölməlisən. Onlar nə deyir, o olmalıdır? Mənim uşaqlarımın gələcəyi var. Məktəbə getməlidirlər, onlar nə yeyəcəklər, nə içəcəklər? Bunu düşünən var?

Bundan sonra Həsənlə bir evdə yaşamaq istəmirəm. Bu adamı ortalığa çıxarıb, atalıqdan məhrum etsinlər. İndi biz Bakıya gedirik. Televiziya verlişinə çıxıb, hər şeyi olduğu kimi danışacağam. Mən dəfələrlə onları yataqda tutmuşam. Amma hec kimə demirdim ki, biabırçılıq olar. Bu hadisədən sonra qaçan qızın əri efirə çıxmaq istəmədi. İki uşağı atdı qızın atasının üstünə. Dedi, onun uşaqları mənə lazım deyil. Bu uşaqlar sənin qardaşının uşaqlarıdır, apar saxla. Oğlanın dediyinə görə, qız 4-5 aylıq hamilədir”.

Qeyd edək ki, Gəncədə 3 uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub. Kişinin həyat yoldaşının verdiyi məlumata görə, onların əvvəldən münasibətləri olub. Həsən Səfərova qoşulub qaçan qız evli olub və iki uşağı var.

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.