ABŞ Suriya ordusunu vurdu: 70 raket zərbəsi- Yeni Müharibə

7-04-2017, 08:52   

Bu gün Bakı vaxtı ilə səhər saat 4-dən 5-ə kimi ABŞ ordusunun Aralıq dənizində yerləşdirilmiş iki hərbi gəmisindən Suriya ordusunun bazasına 70 raket atılıb. Virtualaz.org CNN-ə istinadən xəbər verir ki, zərbələr Suriya hökumət ordusunun Homs vilayətində yerləşən Şayrat hərbi bazasına endirilib.

Zərbələrdən dərhal sonra xalqa müraciətlə çıxış edən ABŞ prezidenti Donald Tramp bu addımın öz xalqına qarşı kimyəvi silah işlətmiş Bəşər Əsəd rejiminə qarşı qisas addımı olduğunu bəyan edib. Buna qarşılıq olaraq, ABŞ Konqresinin bəzi üzvləri raket zərbələrinin parlamentlə razılaşdırılmadığını qeyd ediblər.

NBC telekanalı Suriya ordusunun bazasına “Tomoqavk” tipli raketlərlə hücum edildiyini bildirib. “Frans Press” raketlərin sayının 70-ə bərabər olduğunu yazır.

Amerika mənbələrinə görə, raket zərbələri kimyəvi silahın tətbiq edildiyi bildirilən hərbi bazaya yönəlib.

Hazırda bütün dünya Rusiyanın bu addıma cavabını gözləyir. Dünən Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronov jurnalistlərə bildirmişdi ki, ABŞ-ın Suriyada hərbi müdaxiləyə başlayacağı barədə “birbaşa siqnallar” alır. Onun sözlərinə görə, belə bir hücumun nəticəsi “bu cür layihələri fikirləşənlərin vicdanında qalacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.