Bakıda 4-cü sinif şagirdi ölüb- Uşağın valideynləri həkimi ittiham edirlər

10-04-2017, 11:24   


Bakıda xəstəxanada ölən

Bakıda bronxial astma xəstəliyindən əziyyət çəkən uşaq dünyasını dəyişib.
Onun həkim səhlənkarlığı ucbatından öldüyü iddia edilir.
Belə ki, Respublika Uşaq Klinik Xəstəxanasında müalicə olunan 2004-cü il təvəllüdlü Əyyubzadə Səccad Mircəfər oğlu naməlum şəraitdə ölüb. S.Əyyubzadənin valideynləri uşağın həkim səhlənkarlığı ucbatından öldüyünü iddia edirlər.
Onun meyiti Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinə təhvil verilib və ekspertlər təyin edilib. Faktla bağlı araşdırma aparılır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən sorğuya cavab olaraq bildirib ki, 2004-cü il təvəllüdlü Əyyubzadə Səccad Mircəfər oğlu Respublika Uşaq Klinik Xəstəxanasına gətiriləndə artıq ölmüş vəziyyətdə olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.