“Rəhim Qazıyev şərəfini- ləyaqətini Şuşa qalasında itirib”

11-04-2017, 11:09   

“Deməli Rəhim Qazıyev "Təzadlar" qəzetinə müsahibəsində deyib ki, "Mən Fazil Qəzənfəroğlu ola bilmərəm, mənim 75 yaşım var, həmişə də bir sifətim olub.
Məni siyasi mövqeyim, elmi baxışlarım kimlərinsə xoşuna gəlməyə bilər, bunu normal qarşılayıram. Allah, Millət və Vətən qarşısında da alnıaçıq hesabat verəcəyimə əmin olmazsam, bu gün siyasətin içində olmağı özümə həqiqətən rəva bilmərəm”.
anaxeber.info-ın məlumatına görə, bunu millət vəkili Fazil Mustafa Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, bu üz, sifət, həya mövzusunun Rəhim Qazıyev kimi birisinin dilindən səslənməsi xeyli gülməli görünür:
“Əmin olduğum bir şey var ki, öz mənasız ömür kitabını adam daha diqqətlə vərəqləsə, o zaman Fazil Qəzənfəroğlu olmağın özü üçün böyük bir şərəf olduğunu dərhal anlardı. Bu yerdə nədənsə xatirimə "Nəsimi" filmindəki bir epizod düşdü.
Teymur saray əyanlarının yanında Əlincə qalasındakı uğursuzluğa görə oğlu Miranşaha qarşı sərt davranış göstərir. Miranşah qayıdır ki: "Hökmdar, bəs mənim şərəfim, ləyaqətim?"
Teymurun cavabı həqiqətən ibrətamizdir: "Sən öz şərəfini, ləyyaqətini Əlincə qalasında itirmisən!" İndi bu Rəhim Qazıyev hələ də anlamır ki, "öz şərəfini, ləyaqətini Şuşa qalasında itirmiş" və buna görə "başına güllə çaxmağı unutmuş" birinin "bir sifətdən" danışması nə deməkdir”.
Deputat R.Qazıyevə tövsiyə edib ki, özü üçün həmişə qürur yeri olan o "bir sifət"ini möhkəm-möhkəm qorusun: “Çünki bu millət üçün yüzlərlə and yeri olmaqla yanaşı, hər dəfə islatmaq üçün bu cür xain sifətlərin də olması vacibdir ki, gələcəkdə kimsə şərəfini, ləyaqətini itirib Vətən torpağının alverçisinə çevrilməsin”.
AnaXeber.\Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar