[media=https://www.youtube.com/watch?v=xgUWFj4fb3Q]
Aprelin 12-də Sovetski sakinləri Mədəniyyət və Turizm Nazirliyinin qorunan abidələr siyahısına salınmış "Hacı Cavad" məscidinin sökülməsinə etiraz ediblər. Criminal.az saytı xəbər verir ki, hadisə yerinə gələn Yasamal rayonun icra başçısı İbrahim Mehdiyevin bir neçə nümayəndə ilə danışmaq üçün kənara çəkilib. Bu zaman açıqlama almaq istəyən jurnalistlərdən birinə qarşı kobudluq edib. O, çəkiliş aparan xanım jurnalistə əli ilə zərbə vurub.
Hüquqşünas Ələsgər Əhmədoğlu hesab edir ki, icra başçısının jurnalist xanıma şapalaq vurması birbaşa Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə qiymətləndirilən əməldir.
Criminal.az