Bakıda qatar yolu əksər hallarda ora qəsdən və ya təsadüfən çıxanlar üçün son məkana dönür. Lakin bu dəfə qatarın maşinisti həmin stereotipi darmadağın edib və gözəlliyin hətta 100 tonlarla dəmirə qalib gəldiyini göstərib.
Bu gün Sabunçu rayonu ərazisindən keçən dəmir yolu xəttində gənc qızın hərəkətini Criminal.az saytının kamerasına düşüb. Bakıxanov qəsəbəsində cavan qız dəmir yolu reysinin yaxınlığında oturur. Qatar gələn zaman isə reysin üzərində çıxaraq selfie çəkməyə başlayır. Qatar onun bir neçə metrliyinə kimi yaxınlaşıb siqnal versə də, qız buna əhəmiyyət verməyərək selfi çəkməkdə davam edir. Sonra isə reysdən çıxaraq kənarda oturur.
Bu zaman maşinist deyəsən lokomotivi ''VAZ-2107'' ilə səhv salmışdı. Qatarı saxlayır və başını elektrovozun pəncərəsindən çıxardaraq qızla söhbət etməyə başlayır. Qız isə başını aşağı salaraq ona əhəmiyyət vermir. Bir neçə saniyəlik söhbətdən sonra qatar yoluna davam edir.
Məsafə uzaq olduğundan maşinistin qızı lokomotivə dəvət etməsi və ya tənbeh etməsi başa düşülmür.
Criminal.az
[media=https://www.youtube.com/watch?v=gn26XUrsOqk]