Mehman Hüseynovu “ölüm düşərgəsi”nə göndərməklə ondan qisas alırlar

23-04-2017, 21:18   


Oqtay Gülalıyev, hüquq müdafiəçisi

Xirtdəyə qədər korrupsiyanın içində olanların korrupsiyaya qarşı mübarizə aparmasına dair hay- həşir salmaları imitasiyadan və riyakarlıqdan başqa bir şey deyil. Eynən bizim hökümətdəkilər kimi…

Ölkədə tüğyan edən korrupsiyanı, talanı, yalanı, məmur özbaşnalığını öz video kamerası ilə çəkib xalqa çatdıran Mehman Hüseynovun həbs olunması bu imitasyanın və riyakarlığın kiçik nümunsəsidir. Gənc və istedadlı bloggeri susdrumaq, digərlərinə göz dağı vermək üçün onu şərləyib məhkəmə zalında həbs etdilər. 2 il cəza verdilər. Ürəkləri bununla da soyumadı. Çəkdikləri videoların qisasını almaq üçün onu ölkənin ən bərbad həbsxanasına- 14 saylı Cəza Çəkmə Müəssisəsinə göndərdilər.

14 saylı CÇM gözdən- könüldən uzaq, Qızıldaş qəsəbəsində daş karxanalarının arasında yerləşir. Bir çox xəstəliklərin və antisanitariyanın hökm sürdüyü bu müəssisə insan həyatı üçün çox təhlükəlidir. Ekoloji və şəraitsizlik baxımdan bərbad vəziyyətdədir. 14 saylı CÇM- ni bir çoxları “ölüm düşərgəsi”, bəziləri isə onu Azərbaycanın Quantanamosu adlandırır.

Adı çəkilən CÇM- nin bağlanmasına dair dəfələrlə təşəbbüslər qaldırılıb. Amma bu təşəbbüslər həmişə qulaqardına vurulub. Çünki hakimiyyət bir çox siyasi məhbuslardan intiqam almaq, onları özünün müəyyən etdiyi “haqq bildiyi” yola gətirmək üçün bu həbs düşərgəsindən istifadə edir. Zaman- zaman həmin düşərgədə bir çox siyasi məhbuslar haqq etmədikləri cəzanı çəkiblər. İndi də Mehman Hüseynovdan intiqam almaq üçün onu həmin həbs yerinə göndəriblər. Səhhətində problem olan məhbusların həmin müəssisədə cəza çəkməsi ümumiyyətlə yol verilməzdir. Mehman isə artıq xeyli vaxtdır ki, bir çox xəstəliklərdən əziyyət çəkir və onun əməliyyata ehtiyacı var.

İndi görürsünüzmü bizim hakimiyyət korrupsiyaya qarşı necə “mübarizə aparır”? Özü bir yana, korrupsiyaya qarşı mübarizə aparan gənc, istedadlı bir bloggerə qarşı hansı amansız və qisasçı münasibət sərgliəyir. Bizim hakimiyyətin dünyaya bəxş etdiyi Azərbaycan brendi və standartı budur.

Amma qətiyyən ruhdan düşməyə və küsməyə dəyməz. Çünki onlar bunu ona görə edirlər ki, bizlər bezək və bu mübarizədən çəkinək. Bu gün həbsdə olan siyasi məhbuslar Mehman Hüseynov, Əli İnsanov, İlqar Məmmədov, Taleh Bağırzadə, Fuad Qəhrəmanlı, Rüfət Səfərov və adlarını çəkə bilmədiyim onlarla mərd, mübariz insanların əzmkarlığı və dirənişi bütün mübariz insanlara nümunə olmalıdır. Güc, enerji mənbəyinə çevrilməlidir.

İnanıram ki, Qələbə və siyasi məhbusların azadlığı günü uzaqda deyil!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar