Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silah saxlama və narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Samir Aslanov və hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Fikrət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qaynar" report-a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında S.Aslanovun 13 il, F.Əfəndiyevin isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti prosesi aprelin 28-nə təyin edilib.
Qeyd edək ki, 2015-ci ilin martında Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü S.Aslanov və F.Əfəndiyev saxlanılıb. Həmin şəxslərdən 1 ədəd avtomat və üzərindən 10 qram heroin aşkar edilərək götürülüb.
S.Aslanov kriminal aləmdə "Dəli Samir" ləqəbi ilə tanınıb.
Qaynar.Az