Bakıda universitet müəlliməsi mağazadan oğurluq edərkən görüntüləndi - VİDEO

27-04-2017, 18:31   
Bakıda universitet müəlliməsi mağazadan oğurluq edərkən görüntüləndi - VİDEO

Bakıda mağazalardan birində oğurluq hadisəsi baş verib. Oğurluq hadisəsi anbaan mağazanın nəzarət kameraları tərəfindən lentə alınıb.

Musavat.com xəbər verir ki, oğurluq anını əks etdirən videogörüntülər mağazanın sosial şəbəkədəki hesabından paylaşılıb. Hadisə Nəsimi rayonu ərazisində baş verib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin yaxınlığında yerləşən mağazada baş verib. Mağaza özünün instagramdakı “Fidash_luxury_boutique” səhifəsindən hadisənin videogörüntüsünü paylaşıb.

Videogörüntülərdən aydın olur ki, mağazaya daxil olan xanım əvvəlcə baxdığı paltarlardan birini seçərək kənara qoyur. Daha sonra isə həmin paltarı cəld şəkildə çantasına yerləşdirir. Oğurluq əməlini törədən şəxsin kimliyi ilə bağlı isə maraqlı fakt ortaya çıxıb.

Musavat.com-un araşdırması zamanı məlum olub ki, görüntülərdəki xanım Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müəlliməsidir. O, universitetin kimya-texnologiya fakültəsinin müəlliməsi, dosent Tamara Ayralovadır.

Məsələ ilə bağlı ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru Bəhruz Nəzərovla əlaqə saxladıq.



B.Nəzərov məsələni araşdırdıqdan sonra musavat.com-a bildirib ki, Tamara Ayralova hazırda 10 günlük məzuniyyətədir. B.Nəzərov qeyd edib ki, adıçəkilən müəllimə öz hesabına məzuniyyətə çıxdıqdan bir neçə gün sonra rəhbərlik bu hadisədən xəbər tutub.

“Rəhbərliyin bu hadisədən məlumatı var. Dünəndən Tamara Ayralaova ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırmaq istəyirlər. Ancaq telefonu söndürüldüyündən onunla əlaqə saxlamaq mümkün olmur” - deyə B.Nəzərov açıqlamasına əlavə edib.

Sonda musavat.com Tamara Ayralovanın universitetdə mühazirə deyərkən çəkilmiş fotosunu da təqdim edir:

İlkin Muradov,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.