ABŞ Azərbaycan hökumətini Mehman Qələndorovun ölümülə bağlı təhqiqata çağırır

4-05-2017, 08:38   


Birləşmiş Ştatlar Azərbaycan hökumətini bloger Mehman Qələndorovun həbsxanada ölümülə bağlı təhqiqat aparmağa çağırır.

ABŞ Dövlət Departamentinin açıqladığı bəyanatda Birləşmiş Ştatların blogerin ölümülə bağlı dərin narahatlıq ifadə etdiyi bildirilir. ABŞ həmçinin Azərbaycan hökumətini həbsdə olan bütün fəalları azad etməyə çağırır.

"Birləşmiş Ştatlar azərbaycanlı bloger və fəal Mehman Qələndərovun aprelin 28-də Azərbaycan hakimiyyəti tərəfindən həbsdə olduğu zaman ölümünü dərin narahatlıq hissi ilə qeyd edir. Biz Azərbaycan hökumətini cənab Qələndarovun ölümülə bağlı hərtərəfli, şəffaf və müstəqil təhqiqat aparmağa və fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbsdə olan bütün fəalları azad etməyə çağırırıq", ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar