Moskvada “Ölümsüz alay” yürüşü zamanı keçirilmiş aksiyada ermənilərlə azərbaycanlılar arasında insident baş verib.
Buna səbəb ermənilərin meydanda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını dalğalandırması olub.
Belə ki, soydaşlarımızın şifahi xəbərdalığına məhəl qoymayan ermənilər təxribatyönümlü əməllərindən əl çəkməyiblər və soydaşlarımıza qarşı hücum etməyə başlayıblar. Nəticədə iki tərəf arasında dava düşüb. Hadisə yerinə çoxlu sayda hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Azərbaycanlılar tərəfdən xəsarət alanların olduğu bildirilir. Həmvətənlərimizdən birinin xəsarətləri ağır olduğundan yaxınlıqdakı təcili tibbi yardım xidmətinə müraciət olunub.
[media=https://www.youtube.com/watch?v=DzytTF3mso0]
Salamnews